ANS PRESS-in məlumatına görə, ifaçı qırmızı xalının üzərində sarı rəngli paltar-xalat modasevərlərin və medianın gülüş hədəfinə çevrilmişdi. Həqiqətdə isə, bu libas Çində imperatorlara xas geyimdir.
İndi isə bu həddindən artıq bərli-bəzəkli libasın müəllifi gündəmə gəlib. Bu, gəlinlik libaslarının dizayneri, çinli Quo Peydir.
Dünya onu hələ 2008-ci ildə Pekində keçirilən Olimpiya Oyunları zamanı təqdim etdiyi "Əjdaha əfsanəsi" adlı kolleksiyası ilə tanımışdı.
Rihanna onu təsadüfən internetdən tapıb və ifaçının sözlərinə görə, dizaynerin geyimləri onu elə heyran ki, gözlərini ekrandan çəkə bilməyib.
Rihanna medianın lağa qoyduğu libasın əl işi olduğunu və 2 ilə hazırlandığını deyib.
Ulduz onu da qeyd edib ki, libas Quo Peyin sənət əsəridir və ona qiymət qoymaqda çətinlik çəkilir. Dizayner libasın satış üçün nəzərdə tutulmadığını deyib və öz kolleksiyasına geri qaytarmaq şərti ilə müğənniyə verib.













MənbəANS PRESS