O qeyd edib ki, bir sıra Qərb ölkələri, o cümlədən Böyük Britinaiya, Fransa, Almaniya uzun illər apardıqları multikultiralizm siyasətindən bu gün rəsmi şəkildə imtina edirlər: “Çox güman ki, bu, siyasi bəhanədir. Bəlkə də ölkələrdə iflasa uğrayan multikultiralizm siyasətçilərinin özlərinə bəraət qazandırmaq cəhdidir. Bunun fonunda təzahür edən, inkişafda olan multikultiralizmin Azərbaycan təcrübəsinin bütün dünyaya siyasi cəsarətlə nümayişi ona gətirib çıxarıb ki, bu gün artıq yer kürəsinin hər yerində ədalətsevər insanlar ölkəmizi sarsılmaz multicultural dövlət imici əldə etmiş mərkəz kimi tanıyırlar. Qətiyyətlə demək olar ki, Azərbaycan multikultiralimi ölkənin siyasi simasının əsas cizgilərindən birinə çevrilib. Azərbaycan multikultiralizminin banisinin də arzularından biri də bu idi”.
K.Abdulla bildirib ki, bu istiqamətdə Heydər Əliyev Fondunun xidmətləri böyükdür.