Bakı, 7 may, AZƏRTAC
Azərbaycan Beynəlxalq Bankı (ABB) Koreyanın The Export Import Bank of Korea (KEXIMBank) bankı ilə 100 milyon ABŞ dolları həcmində kredit sazişi imzalayıb.
ABB-dən AZƏRTAC-a bildiriblər ki, vəsait Koreyada istehsal olunan malların idxalının maliyyələşməsinə yönəldiləcək.
Azərbaycan Beynəlxalq Bankının əsas səhmdarı (51,07 faiz) Azərbaycan Respublikasının Maliyyə Nazirliyidir.