Facebook-da iş imkanı (FOTO)

Facebook-da iş imkanı (FOTO)
17:06 15 Yanvar 2015
128 Digər
Ölkə mətbuatı
A- A+

Facebook yeni saytı ilə bağlı açıqlama yayıb.

ANS PRESS-in məlumatına görə, "Facebook At Work" adlı saytda test işləri aparılır. Android və iOS sistemləri üçün nəzərdə tutulan sayta kompüterdən də giriş mümkün olacaq. Bu yeni veb sayt eyni Facebook-a bənzəyir, amma profildə şirkətin markası əks olunur. Son olaraq Facebook saytda reklam göstərmir. Burada orijinal şəbəkədə olduğu kimi nə etdiyiniz də təqib edilmir və sistem məlumatlarınızı yadda saxlamır.

Bunların xaricində bütün xüsusiyyətlər və vasitələr Facebook-dakı ilə eyni olacaq. Burada iş adamları üçün böyük üstünlüklər olacaq. Ancaq buna baxmayaraq hələlik saytda texniki problemlər var.

"Facebook At Work" uzun bir testdən keçirilir. Yəni, yalnız məhdud sayda şirkətin işçiləri bu yeni sosial şəbəkədən istifadə etmək imkanı qazanıb. İlk elan olunanda çox az sayda şirkətin test etdiyi sistemə hazırda tələbat artmağa başlayıb.

Hazırda pulsuz olan xidmətin reklam göstərməyəcəyi üçün irəlidə abunə sisteminə keçəcəyi ehtimal olunur. Bununla yanaşı, premium hesablara keçilməsi də gözlənilir.
















Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=319902

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR