Qafqazinfo Türkiyə KİV-nə istinadən xəbər verir ki, sosial şəbəkə hesabında Atatürkün üzərində fotoşopla işlənmiş fotosunu paylaşan "Yeni Akit" qəzeti dünən axşam 200-ə yaxın şəxsin hücumu ilə üzləşib. Qəzetin rəsmi saytında isə bildirilir ki, durumla bağlı polis məlumatlandırılsa da, redaksiyanın binasına 45 dəqiqə sonra, sadəcə, bir polis maşını yaxınlaşıb, lakin insidentə müdaxilə etməyiblər. Hadisə zamanı binanın şüşələri sındırılıb, işçilərin avtomobillərinə zərər dəyib.Türkiyədə daha bir qəzet hücumlara məruz qalıb
Qəzet yazır ki, bir qrup şəxsin silahlı olmasına rəğmən polisin bunlara göz yumması ağıllarda “paralel əməliyyat aparılırmı?” sualının yaranmasına əsas verir.
Milli.Az



