Finalda isə Avropa çempionu Yunanıstan millisi ilə dünya çempionu İtaliya yığma komandası qarşılaşıb. Gərgin keçən final oyununda əsas vaxt 10:10 hesabı ilə başa çatıb. Qalibi müəyyən etmək üçün penaltilər təyin olunub. Dəha dəqiq olan İtaliya yığması 13-12 hesabı ilə qalib gəlib və qızıl medallara sahib çıxıb.
Final oyunundan sonra Azərbaycan Üzgüçülük Federasiyasının və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə su polosu idman növü üzrə beynəlxalq turnirin qaliblərinin kubok, medal və qiymətli hədiyyələrlə təltif olunması mərasimi keçirilib.
Təltifetmə mərasimində gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Üzgüçülük Federasiyasının Prezidenti, deputat Xanlar Fətiyev və digər qonaqlar iştirak edib.





















