İngiltərə Premyer Liqasında 36-cı turunun mərkəzi qarşılaşması sabah “Çelsi” və “Liverpul” komandaları arasında keçiriləcək.

ANS PRESS-in məlumatına görə, bu qarşılaşma ərəfəsində “zadəganlar”ın çalışdırıcısı Joze Mourinyo açıqlama verib. Portuqaliyalı mütəxəssis “Liverpul”un kapitanı Stiven Cerrardla aralarında olan münasibətə aydınlıq gətirib:

“Mehriban düşmənim ən yaxşı məşqçi olmağıma kömək etdi. Çox üzülürəm ki, Cerrard son dəfə komandama qarşı oynayacaq. Artıq o, bizimlə müqavilə bağlamağa gecikib. Onun karyerası ancaq bir obrazda başa çatır. Cerrard daha böyük klublarda oynaya bilərdi. Kim bilir? Bəlkə yenə də onunla üz-üzə gəldik. Cerrard nə vaxtsa “Liverpul”a başçılıq edəndə onunla qarşılaşmaq mənə xoş olar”.

"Mehriban düşmənim ən yaxşı məşqçi olmağıma kömək etdi" (FOTO)
Mənbə
ANS PRESS