Azərbaycan, Bakı, 10 may /Trend, müxbir İlkin İzzət/

Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi və şəxsi heyəti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Fəxri xiyabanı ziyarət edib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarı önünə əklil və gül dəstələri qoyulub, xatirəsi hörmət və ehtiramla yad edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az