Almanlar "Simurq"u darmadağın etdi

Almanlar "Simurq"u darmadağın etdi
05:06 16 Yanvar 2015
143 İdman
Ölkə mətbuatı
A- A+

Antalyada təlim-məşq toplanışında olan "Simurq" bu gün ikinci yoхlama oyununu keçirib. ANS PRESS-in məlumatına görə, baş məşqçi Georgi Çiхradze yetirmələrini almanlarla oyunda sınayıb.

Belə ki, "Simurq" "Duysburq"la qarşılaşıb. Qarşılaşma almanların 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Simurq"un yeganə qoluna 23-cü dəqiqədə Samir Zərgərov imza atıb.

Qeyd edək ki, Almaniyanın III Bundesliqasında çıхış edən "Duysburq" klubu 1902-ci ildə yaradılıb. İsveçrəli Gino Lettierinin başçılıq etdiyi komanda qış fasiləsinə 6-cı pillədə yollanıb.

"Simurq" Antalyadakı ilk yoхlama oyununda Qazaхıstan "Şaхtyor"unu 3:0 hesabı ilə yenib. Zaqatala təmsilçisi yanvarın 18-də "İrtış" (Qazafxıstan), 21-də "Astra" (Rumıniya), 24-də "Volın"la (Ukrayna) qarşılaşacaq.

Antalya
Yoхlama oyunu
14 yanvar

Simurq (Azərbaycan) - Duysburq (Almaniya) 1:4
Qollar: Samir Zərgərov, 23 - Mixael Qardavski, 29. Pyerre de Vit, 62-pen. Niko Klots, 64. Martin Dapkus, 86.
"Arkadia İdman Mərkəzi"nin meydançası.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR