“Tour d`Azerbaidjan-2015” veloturu başa çatıb

16:08 10 May 2015
40 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 10 may, AZƏRTAC 
Mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş “Tour d`Azerbaidjan-2015” veloturu başa çatıb.
AZƏRTAC xəbər verir ki, velotur iştirakçıları beş mərhələdə ərzində 867 kilometr məsafə qət ediblər.
Azərbaycanı bu mötəbər turnirdə təmsil edən “Synergy Baku Cycling Project” kontinental komandasının rəqibləri arasında 4 prokontinental, 15 kontinental və 4 milli komanda olub. Bunlar “Drapac Professional Cycling” (Avstraliya), “Androni Giocattoli” (İtaliya), “RUSVELO” (Rusiya), “Team Novonordisk” (hamısı prokontinental) və “Airgas Safeway Cycling Team” (ABŞ), “Adria-Mobil” (Sloveniya), “An Post-Chain Reaction” (İrlandiya), “LEOPARD Development Team” (Lüksemburq), “Giant-Champion System” (Çin Xalq Respublikası), “Tusnad” (Rumıniya), “MLP Team Bergstrasse” (Almaniya), “Banska Bystrica” (Sloveniya), “Torku” (Türkiyə), “CCN Cycling Team” (Laos), “Hrinkow Advarics” (Avstriya), “Parkhotel Valkenburg” (Niderland), “Dukla Praha” (Çexiya), “MINSK” (Belarus), “Cycling Academy Team” (İsrail), “Team Tavira” (Portuqaliya) (hamısı kontinental) komandaları, habelə Macarıstan, Estoniya, Yunanıstan və Qazaxıstanın milli komandalarıdır.
Bu mötəbər yarışlarda komandamızı Elçin Əsədov, Maksim Averin, Samir Cəbrayılov, Matey Muqerli, Yannis Tamuridis və Aleksandr Surutkoviç təmsil ediblər.
Mayın 10-da paytaxt küçələrində veloturun 144 kilometr məsafəni əhatə edən yekun mərhələsi keçirilib.
“Rusvelo” komandasının təmsilçisi Sergey Firsanov yekun mərhələnin qalibi olub. Qazaxıstan yığmasının üzvü Aleksandr Şuşemoin finişə ikinci, “Sinerjy-Bakı” təmsilçisi Matey Muqerli isə üçüncü gəlibl.
“Adria Mobayl” komandasından Primoj Roqlits ümumi hesabda lider olub. Onun ardınca Yasper Oskeloyen (“Parkotel Valkenburq”), Matey Muqerli (“Sinerjy-Baku”) gəlirlər.
İdmançılara mükafatları veloyürüşün təşkilat komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov təqdim edib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tour_dAzerbaidjan_2015_veloturu_basa_chatib-853948

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR