Bu gün İtaliya A Seriyasının 35-ci turu çərçivəsində "Napoli" autsayder "Parma"nın qonağı olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Çempionlar Liqasına qatılmaq üçün mübarizə aparan Neapol təmsilçisi səfərdə xal itirib - 2:2.

Beləliklə, "Napoli" 60 xalla 4-cü yerdədir. 64 xallı "Roma" 2-ci, 63 xallı "Latsio" (34 oyundan) isə 3-cü sırada qərarlaşıb.

İngilitərə Premyer Liqasının 36-cı turunda çempion "Çelsi" "Liverpul"u qəbul edib. Komandalar 1 xalla kifayətləniblər - 1:1.

"Liverpul" hazırda 62 xalla 5-cı sıradadır, 68 xallı "Mançester Yunayted" 4-cüdür.

Milli.Az