Çexiyada keçirilən kişi hokkeyçilərin Dünya çempionatında mübarizə davam edir.
Metbuat.az-ın xəbərinə görə, ötən gün ümumilikdə 4 qarşılaşma keçirilib.
Günün mərkəzi matçı Rusiya və Slovakiya milliləri arasında oynanılıb. Overtayma gedən görüşdə ruslar qalib ayrılıblar. ABŞ Sloveniyanı, Kanada isə İsveçrəni məğlub edib.
Ümumi nəticələrə nəzər salaq:
Almaniya - Çexiya - 2:4
Sloveniya - ABŞ - 1:3
Slovakiya - Rusiya - 2:3 (overtaym)
İsveçrə - Kanada - 2:7