Türkiyənin tanınmış futbol şərhçisi Güntəkin Onay canlı yayımda üsyan edib.

ANS PRESS-in məlumatına görə, futbol şərhçisi "Beşiktaş" - "Qaziantepspor" matçının hakimini topa tutub. "Beşiktaş"ın evində heç-heçə etməsində hakimi günahlandıran şərhçi sözlərinə belə davam edib:

"Hakimin pis niyyətli olduğunu düşünürəm. Xüsusilə "Qaziantepspor" forması geyən Kamaranın topla hərəkət edərkən davam qərarı verən yan hakim Əkrəm Kan böyük səhvə yol verdi. Gözü qarşısında çıxan topu görüb oyunu davam etdirən hakim var. Məncə bu məsum bir səhv deyil", - deyə G.Onay söyləyib.

Qeyd edək ki, "Beşiktaş" - "Qaziantepspor" matçı 1:1 hesabı ilə başa çatıb. Bu oyunda ev sahibi klub xal itirərək birinciliyi "Qalatasaray"a verib. "Qara qartallar" topladığı 65 xalla turnirdə 3-cü pillədə qərarlaşıb.

Tanınmış futbol şərhçisi canlı yayımda üsyan etdi (FOTO)
Mənbə
ANS PRESS