Ədliyyə Nazirliyi Müsavat Partiyasının VIII qurultayının sənədlərini təsdiqləyib

Ədliyyə Nazirliyi Müsavat Partiyasının VIII qurultayının sənədlərini təsdiqləyib
10:52 16 Yanvar 2015
112 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 16 Yanvar 2015 10:44 ]

Bakı. Etibar Məmmədov – APA. Azərbaycan Ədliyyə Nazirliyi Müsavat Partiyasının sentyabrın 27-də keçirilən VIII qurultayının sənədlərini təsdiqləyib.

Bu barədə APA-ya Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı məlumat verib. O bildirib ki, Ədliyyə Nazirliyi partiyanın VIII qurultayının nəticələrini qeydə alıb.

 

Xatırladaq ki, Müsavat Partiyasının qurultayında Arif Hacılı partiyanın başqanı seçilib. Lakin digər namizəd - Qubad İbadoğlu və onun tərəfdarları qurultaydan əvvəl və qurultayın gedişində pozuntulara yol verildiyini bildirərərk nəticələri tanımayıb. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369291

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR