Kiyev, 12 may, AZƏRTAC
Hüquq elmləri doktoru, Kiyev Milli Aviasiya Universitetinin professoru, Ukraynanın əməkdar təhsil işçisi Arif Quliyev Ukrayna Elmlər Akademiyasının həqiqi üzvü (akademiki) seçilib. Bu barədə diplomu akademiyanın prezidenti Aleksey Onipko imzalayıb.
Ukrayna Elmlər Akademiyası alimləri və iqtisadiyyatın müxtəlif sahələri üzrə mütəxəssisləri birləşdirən Ümumukrayna ictimai təşkilatıdır.

Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Həmvətənimiz Ukrayna Elmlər Akademiyasının həqiqi üzvü seçilib