Bakı, 12 may, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) biznes imkanları və perspektivli investisiya layihələrini müzakirə ediblər.
Dövlət Neft Fondunun ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, ARDNF-in İcraçı direktoru Şahmar Mövsümov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Suma Çakrabartinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüş zamanı tərəflər əlverişli biznes imkanları, perspektivli investisiya layihələri və digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.