İnsanları ürək döyüntüsünə görə aşkar edən “FINDER” (Finding Individuals for Disaster and Emergency Response - fövqəladə vəziyyət və ya təbii fəlakət nəticəsində insanların axtarışı) cihazlarının prototipləri təbii fəlakətdən dərhal sonra ölkəyə gətirilib və ilk dəfə səhra şəraitində istifadə olunub.
2013-cü ildə hazırlanan texnologiya insanın dağıntılar altında yerin 9, beton altında 6 və açıq yerdə 30 metrədək dərinliyində ürək döyüntüsünü aşkar etmək üçün mikrodalğalı radardan istifadə edir.
Nepalda baş verən zəlzələ nəticəsində 7,7 mindən çox insan həyatını itirib, yüz minlərlə ev dağılıb, - "Hi-News” yazır.