Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı açıqlanıb

Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı açıqlanıb
12:03 12 May 2015
30 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 12 may, AZƏRTAC
Bu il mayın 1-nə olan statistikaya əsasən, Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən aprel ayında əlavə olaraq 21 min 354 sığortaolunana fərdi şəxsi hesab açılıb.
Fondun ictimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a bildiriblər ki, cari ilin əvvəli ilə müqayisədə DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 2,92 faiz artıb. Beləliklə, Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 3 milyon 63 min 167 nəfərə yüksəlib. Fondun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 59,1 faizi kişi, 40,9 faizi isə qadındır.
Fərdi şəxsi hesabı olanlar arasında 30-40 yaş arasında olan sığortaolunanlar üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan şəxslər ümumi sığortaolunanların 24,74 faizini əhatə edir. Bundan başqa, fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 21,73 faizini 30 yaşa qədər olan şəxslər, 20,77 faizini 40-50 yaş arasında olan şəxslər, 21,16 faizini 50-60 yaş arasında olan şəxslər, 11,60 faizini 60 yaşdan yuxarı şəxslər təşkil edir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanda_ferdi_sexsi_hesabi_olan_sigortaolunanlarin_sayi_achiqlanib-854196

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR