[ 12 May 2015 14:24 ]
Bakı – APA. Rusiya xarici işlər naziri Sergey Lavrov Soçidə ABŞ dövlət katibi Con Kerri ilə görüşüb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, görüşdən öncə C. Kerri danışıqların faydalı olacağına inandığını bildirib.
“Ümid edirəm ki, danışıqlarda nəticə əldə olunacaq”, - deyə o vurğulayıb.