"Nikoil Bank" xeyriyyə məqsədli donor aksiyası keçirdi (FOTO)

"Nikoil Bank" xeyriyyə məqsədli donor aksiyası keçirdi (FOTO)
15:13 12 May 2015
Ölkə mətbuatı
A- A+

8 May - Beynəlxalq Talassemiya Günündə “NİKOİL” İKB ASC kollektivi faşizm üzərində Qələbənin 70 illiyi və ümummilli lider Heydər Əliyevin 92 illiyi münasibətilə könüllü, ənənəvi donor qanvermə aksiyasını həyata keçirdi. Nəzərdə tutulan aksiyada NIKOIL | Bank-ın bütün Bakı şəhəri filialları və mərkəzi ofisin əməkdaşları iştirak etdilər. 62 əməkdaş 13 litrə yaxın qan vermişdirlər.

Hələ 2005-ci ilin fevral ayında, talassemiya problemi ilə əlaqəli “dəyirmi masa” ətrafında gedən müzakirələr zamanı, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ölkə əhalisini bu qlobal problemin həll olunmasında yaxından kömək olmağa çağırmışdır.

Və budur, qürur hissi ilə fəxri donor adına layiq görülə bilən “NİKOİL” İKB ASC-nin əməkdaşları artıq 10 ildir ki, talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara kömək məqsədilə mütəmadi olaraq donor aksiyasını həyata keçirir. İldə iki dəfə qeyd olunan ənənə, Bankın sosial korporativ məsuliyyət proqramı çərçivəsində həyata keçirilir.

Bu gün "NİKOYL" İKB əhaliyə milli və xarici valyutada həyata keçirilən hesablaşma, kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir. “NIKOIL Bank”ın bütün bank məhsulları, aksiyaları və xüsusi təklifləri haqqında məlumatı (012) 981 qısa nömrəsinə zəng edərək almaq mümkündür.

Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil?ref=hl

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2393822.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR