Yeddi ümumtəhsil müəssisəsində apelyasiya komissiyaları fəaliyyət göstərəcək

20:03 12 May 2015
45 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 12 may, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən (BŞTİ) 2015-2016-cı dərs ili üçün birinci sinfə şagird qəbulu prosesində valideynlərlə (digər qanuni nümayəndələrlə) ümumtəhsil müəssisələrində şagird qəbulunu həyata keçirən işçi qruplar arasında yarana biləcək mübahisələri həll etmək üçün paytaxtın yeddi təhsil müəssisəsində apelyasiya komissiyası yaradılıb.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, komissiyalar mayın 13-dən iyunun 12-dək və avqustun 12-dən sentyabrın 25-dək fəaliyyət göstərəcək. Müraciətlərin qəbulu və baxılması hər həftənin ikinci və üçüncü günləri saat 10.00-dan 16.00-dək həyata keçiriləcək. Həmin gün iş günü olmadıqda, bayram gününə təsadüf etdiyi halda qəbul bir gün əvvəl təşkil olunacaq.
Apelyasiya komissiyaları Binəqədi-Nəsimi rayonları üzrə Binəqədi rayonu 276 nömrəli, Səbail-Yasamal rayonları üzrə Səbail rayonu 2 nömrəli Texniki Humanitar Lisey, Nizami-Nərimanov rayonları üzrə Nizami rayonu 32 nömrəli , Qaradağ rayonu üzrə Qaradağ rayonu 166 nömrəli, Xəzər-Pirallahı rayonları üzrə Xəzər rayonu 156 nömrəli, Suraxanı-Xətai rayonları üzrə Xətai rayonu 95 nömrəli, Sabunçu rayonu üzrə isə 252 nömrəli tam orta məktəblərdə fəaliyyət göstərəcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yeddi_umumtehsil_muessisesinde_apelyasiya_komissiyalari_fealiyyet_gosterecek-854373

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR