Almaniyanın 150-yə yaxın şirkəti üçün Azərbaycan turizminin təqdimatı keçiriləcək

10-12 sentyabrda Azərbaycan Turizm Bürosu Almaniyanın Berlin, Hamburq və Frankfrut şəhərlərində silsilə tədbirlər keçirəcək.

Metbuat.az xəbər verir ki, B2B (Biznesdən-biznesə) formatlı görüşlərdən və seminarladan ibarət tədbirlərdə Azərbaycan turizm sektorunun Almaniya və Avropa bazarları üzrə fəaliyyət göstərən 7 turizm şirkəti və hoteli iştirak edəcək.

Silsilə tədbirlər zamanı Azərbaycanın turizm potensialının təqdimatı baş tutacaq, ölkənin turizm marşrutları, görməli yerləri və hotelləri barədə iştirakçılara geniş məlumatlar veriləcək.

150-yə yaxın Almaniya şirkətinin qatılacağı görüşlər zamanı Almaniya şirkətləri ilə qarşılıqlı fikir mübadiləsi aparılacaq və gələcək əməkdaşlıq imkanları qiymətləndiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı