x
Loading...

Roza Zərgərli "Maşın" realiti-şousunu tərk etdi

Roza Zərgərli "Maşın" realiti-şousunu tərk etdi
01:09 13 May 2015
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Murad Dadaşovun müəllifi və aparıcısı olduğu “Maşın” realiti-şousunun növbəti buraxılışı da maraqlı anlarla yadda qalıb.

 

Axşam.az-ın məlumatına görə, "Daha bir nağıl" devizi ilə yayımlanan proqramda iştirakçıların gizli səsverməsi nəticəsində müğənni Roza Zərgərli yarışmanı tərk etməyə namizəd olub. R.Zərgərli tamaşaçılardan səs istəyərək stilist Anar Ağakişiyevi uzaqlaşdıracağını deyib. Anar da öz növbəsində Rozanın getməsi üçün tamaşaçılardan səs istəyib.

 

R.Zərgərli cəmi 22,47% səs yığaraq yarışmanı tərk edib. O, sonda üzünü Anara tutaraq bunları deyib:

 

"Mən sənə dedim axı, sənin dostunam. Səndən incimirəm".

 

İfaçı M.Dadaşovun "Yarışmada qalsaydın, Anarı çıxaracaqdın" sualına isə belə cavab verib:

 

"Həqiqətən də, səs toplasaydım Anardan onun dostu olub-olmadığımı soruşacaqdım. "Hə" desəydi, yarışmanı yenə özüm tərk edəcəkdim".

 

Şouda iştirakını davam etdirənlər əməkdar artistlər Abbas Bağırov, Mehriban Xanlarova, müğənnilər Rüfət Axundov, Elçin Hüseynov, Emil Bədəlov, ABD Malik Kələntərli, Günel Ələkbərova, Xatirə İslam, Samir Cavadzadə, aktyor Allahverdi Yolçuyev, Aşıq Əli, meyxanaçı Rəşad Dağlı və stilist A.Ağakişiyevdir.

 

Qeyd edək ki, veriliş hər axşam saat 22:00-da ANS-də yayımlanır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/202439

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR