İraqın daxili işlər naziri Tehrana səfər edəcək

İraqın daxili işlər naziri Tehrana səfər edəcək
13:08 16 Yanvar 2015
107 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir Təmkin Cəfərov/

İraqın daxili işlər naziri Məhəmməd Salim əl-Ğabban yanvarın 17-də Tehrana səfər edəcək. Bunu İran Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Babək Dinpərəst deyib. Trend-in məlumatına görə, bu barədə Fars agentliyi xəbər verir.

B.Dinpərəst bildirib ki, səfər zamanı nazir iranlı həmkarı və bir sıra digər rəsmilərlə görüşlər keçirəcək: "İkitərəfli əlaqələrin və əməkdaşlığın daha da inkişafı üçün əlverişli şəraitin yaradılmasına dair müzakirələr aparılacaq”.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2354000.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR