Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində piyadanın ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirli bilinən Asif Həsənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az-ın məlumatına görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə prokuror təqsirləndirilən şəxsə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilmə cəza tələb edib. Daha sonra Asif Həsənovun vəkili çıxış edərək müdafiə etdiyi şəxsə bəraət verilməsini istəyib. Məhkəmə iclası mayın 20-də davam etdirilcək.

Qeyd edək ki, ötən ilin dekabrın 21-də Xətai rayonu ərazisində idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçmək istəyən Rasim Məmmədovu vurub. Rasim Məmmədov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Asif Həsənov avtomobili sürücülük vəsiqəsi olmadan idarə edib. İstintaq araşdırması zamanı Asif Həsənov ölümlə nəticələnən yol qəzasının törədilməsində təqsirləndirilib.