Bu gün AzVision.az xəbər portalının 7 yaşı tamam olur.
Metbuat.az xəbər verir ki, gündəlik 8 dildə - Azərbaycan, rus, ingilis, alman, fransız, ispan, ərəb və erməni dillərində xəbərlər yayan sayt 2012-ci ilin oktyabrın 1-də işə başlayıb.
Əyləncə və şou xarakterli məlumatlara yer ayırmayan AzVision.az ölkədə və dünyada baş verən mühüm hadisələrlə bağlı operativ xəbərlər yayır, müsahibə, təhlil, araşdırma, reportaj, sorğu və digər fərqli layihələrini oxuculara təqdim edir.
İctimai-siyasi xarakterli ciddi media quruluşu olmağı qarşısına məqsəd qoymuş 7 yaşlı sayt Azərbaycanın onlayn xəbər məkanında sayılıb-seçilən, oxucuların etibar etdiyi və ictimai rəyin formalaşmasında mühüm rol oynayan önəmli KİV-lərdən birinə çevirilib.
Metbuat.az saytı olaraq baş redaktor Vüsal Məmmədov və kollektivini təbrik edir, onlara peşə fəaliyyətində uğurlar arzulayırıq.