Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana qəhvə və çay idxalı 80 milyon dollar dəyərində olub.
Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.
Məlumata görə, hesabat dövründə ölkənin qəhvə idxalına çəkdiyi xərc illik müqayisədə 2,3% çoxdur.
Qeyd edək ki, ötən ilin eyni dövründə Azərbaycana 78,2 milyon dollarlıq qəhvə idxal olunub.