SON DƏQİQƏ: Ermənistan ordusu Azrbaycanla sərhəddə hücuma keçdi - RƏSMİ MƏLUMAT

SON DƏQİQƏ: Ermənistan ordusu Azrbaycanla sərhəddə hücuma keçdi - RƏSMİ MƏLUMAT
10:53 2 Oktyabr 2019
81 Digər
Ölkə mətbuatı
A- A+

2019-cu ilin 01 oktyabr tarixində saat 22:00 radələrində Qazax rayonu istiqamətində Ermə­nistanla dövlət sərhədindəki təmas xəttində Ermə­nistan Silahlı Qüv­vələrinin döyüş mövqelə­rindən ərazimizə döğru təx­ribat-diversiya qrup­larının hərəkəti döyüş mövqelərimizdə xid­mət aparan sərhəd naryadları tərəfindən aşkarlanmış və qar­şısı alınıb.

Publika.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti bu gün məlumat yayıb.

Qeyd edilib ki, həmin tarixdə sər­həd döyüş məntə­qələrimiz Ermənis­tan Res­pub­likasının Silahlı Qüvvə­lərinin bölmələri tərə­findən müxtəlif istiqa­mət­lərdən iri çaplı silah­lardan dəfələrlə intensiv atəşə tutulub: "Bütün hallarda bölmələrimizə qarşı atəşin açıldığı Ermənistan Si­lahlı Qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub".


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/291913.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR