“İran neft ixrac edə bilməsə, ölkədə xaos yaranar”.
Metbuat.az Anadolu agentliyinə istinadən xəbər verir ki, İranın neft naziri Bijan Namdar Zəngənə belə açıqlama verib. O bildirib ki, neft satılmasa, Tehran gündəlik tələbat mallarını ala bilməz.
“Neft satışı olmadan normal yaşaya bilmərik” - deyən Zəngənənin sözlərinə ABŞ Tehranın neft ixracını sıfıra endirmək niyyətindədir. Lakin buna nail ola bilməyəcək. Nazir hesab edir ki, enerji məsələləri siyasətə daxil edilməməlidir.
Anar Türkeş / Metbuat.az