Şimali Koreya daha bir raketin sınaq atışlarını həyata keçirib.

Metbuat.az xəbər verir ki, ölkənin rəsmi xəbər agentliyi olan "KCNA" məlumat verib ki, Şimali Koreya Müdafiə Elmlri Akademiyası Yapon dənizində "Pukguksong-3" adlı yeni bir raketi sınaqdan keçirib. Raketin şaquli şəkildə atıldığı bildirilən xəbərdə sınağın uğurla nəticləndiyi bildirilib. Dənizin altından atılan bu yeni növ raket 450 kilometr yol qət edib.

Bununla da Şimali Koreya 11-ci dəfə raket sınaq atışları həyata keçirmiş oldu.

Şimali Koreya dənizin altından raket atdı

Şimali Koreya dənizin altından raket atdı