“Report”un xəbərinə görə, bunu Baş prokuror Zakir Qaralov deyib.
O bildirib ki, məhz həmin məqsədlərə nail olunması üçün cari ilin iyun ayının 28-də Vəkillər Kollegiyası ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi arasında korrupsiya ilə mübarizə sahəsində qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb: “Əminəm ki, qarşılıqlı əməkdaşlığımız bundan sonra da qanunun aliliyi və insan hüquqlarının təmin edilməsinə, müasir dövrün tələblərinə cavab verən ədalət mühakiməsinin effektivliyinin artmasına xidmət edəcək”.