Bakı. Trend:

Oktyabrın 30-da İraqın paytaxtı Bağdadda keçirilən etirazlar zamanı ən azı dörd nəfər naməlum snayperlər tərəfindən öldürülüb.

Trend-in məlumatına görə, bu barədə "AFP" agentliyi bildirib.

Məlumata əsasən, iki mülki şəxs və təhlükəsizlik qüvvələrindən iki nəfər həlak olub. Əlavə məlumat verilmir.

Qeyd edək ki, İraqda oktyabrın 1-də yoxsulluq, işsizlik və korrupsiyaya etiraz olaraq hökumət əleyhinə nümayişlər başlayıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin