Hərbçilər televiziya kanalına hücum etdilər - Ağır yaralı var

Hərbçilər televiziya kanalına hücum etdilər - Ağır yaralı var
09:27 6 Oktyabr 2019
499 Dünya
Ölkə mətbuatı
A- A+

Naməlum maskalı silahlılar şənbə axşamı Bağdaddakı "Al Hadath" televiziya kanalına hücum ediblər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu məlumatı İraqın paytaxtında olan televiziya kanalının müxbiri Məcid Həmid canlı yayımda açıqlayıb.

Onun sözlərinə görə, silahlı hücum nəticəsində işçilər arasında zərərçəkənlər var. "Həmkarlarımdan biri başına dəyən zərbə nəticəsində ağır yaralanıb" deyə o bildirib. O qeyd edib ki, İraqın Baş nazirinin ofisi hücumla bağlı araşdırma aparıldığını təsdiqləyib.

"Al Hadath" televiziya kanalı Bağdad və İraqın digər şəhərlərində oktyabrın birindən başlayan hökumət əleyhinə iğtişaşların təfərrüatlarını gündəlik şəkildə işıqlandırırdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/792003.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR