Bağdadın qubernatoru

İraqın Bağdad vilayətinin qubernatoru Fallah əl-Cazairi istefaya göndərilib.

Metbuat.az “RİA Novosti”yə istinadən xəbər verir ki, onun səlahiyyətini müvəqqəti olaraq Bağdad vilayət Şurası yeninə yetirəcək.

Qeyd edək ki, oktyabrın 1-dən başlayaraq İraqda yoxsulluq, işsizlik və korrupsiyaya etiraz olaraq hökumət əleyhinə aksiyalar keçirilir. İndiyədək aksiyalarda baş verən toqquşmalar nəticəsində 113 nəfər ölüb, 4 mindən çox insan yaralanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR