İraqın Bağdad vilayətinin qubernatoru Fallah əl-Cazairi istefa verib.

Milli.Az APA-ya istinadən bildirir ki, qubernatorun səlahiyyətini Bağdad vilayət Şurası yeninə yetirəcək.

Qeyd edək ki, oktyabrın 1-də İraqda yoxsulluq, işsizlik və korrupsiyaya etiraz olaraq hökumət əleyhinə aksiyalar başlayıb.

Bağdad və digər şəhərlərdə küçələrə çıxan insanlar hökumətin istefasını tələb ediblər. Bir sıra yerlərdə, o cümlədən Bağdadda dinc aksiyalar kütləvi iğtişaşa və təhlükəsizlik qüvvələri ilə toqquşmalara çevrilib. Şiə din xadimi Müqtəda əs-Sədr parlamenti istefa verməsinin və beynəlxalq müşahidəçilərin nəzarətində növbədənkənar seçkilər keçirilməsinin zəruri olduğunu bəyan edib.

Aksiyalarda toqquşmalar nəticəsində 113 nəfər ölüb, 4,1 mindən çox insan yaralanıb.

Milli.Az