Amerikada yaşayan 61 yaşlı Riçhard Dennis ona doğum günü surprizi etmək istəyən kürəkənini səhvən öldürüb.

Metbuat.az xarici mediaya istinadla bildirir ki, Amerikanın Florida əyalətində yaşayan 37 yaşlı Kristoper Berqan Norveçdən Floridaya geri döndükdə qaynatasına doğum günü sürprizi etmək üçün geri döndüyünü heç kimə bildirməyib.

Surpriz etmək istəyən adam qaynatasının qapısının zənginə basaraq kolların arasında gizlənib. Qapını açıb bir müddət ətrafa baxan ata heç kimi görməyib. "Doğum gününü təbrik edirəm" deyərək anidən kolların arasından çıxan kürəkənini qorxaraq kürəyindəki silahla ürəyindən vurub.

Vurduğu adamın qızının həyat yoldaşı olduğunu görən adam həyatının şokunu yaşayıb.

Hadisə yerinə gələn polislər istintaq zamanı hadisənin faciəvi bir qəza olduğunu öyrənib. Beləliklə səhvən kürəkənini öldürən Dennis haqqında heç bir cinayət işi başladılmayıb.

Kayınpederine doğum günü sürprizi yapmak isterken canından oldu!