Yasamalda avtomobil piyadanı vurub öldürdü

Yasamalda avtomobil piyadanı vurub öldürdü
15:08 9 Oktyabr 2019
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Yasamal rayonunun Tbilisi prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, oktyabrın 8-də saat 3 radələrində Yasamal rayonunun Tbilisi prospektində Abşeron rayon sakini Xəqani Səfərov idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən Biləsuvar rayon sakini Nadir Talıbovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Yasamal RPİ tərəfindən araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/incident/3130449.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR