İraqda üç günlük matəm elan edildi

İraqda üç günlük matəm elan edildi
03:01 10 Oktyabr 2019
130 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı, Trend:

İraqın baş naziri Adel Abd əl-Mehdi ölkədə nümayişlərin ikinci həftəsində şəhid olanlar üçün üç günlük matəm elan edib.

Trend-in məlumatına görə, ölən nümayişçilər və təhlükəsizlik işçiləri üçün matəm cümə axşamından şənbə gününə qədər davam edəcək. Nümayişçilərlə təhlükəsizlik rəsmiləri arasında şiddətli qarşıdurmaların müşayiət olunduğu etiraz aksiyalarına oktyabrın biri Bağdadda başlayıb və təkcə paytaxtı deyil eləcədə ölkənin cənubundakı bir neçə əyaləti - Nəcəf, Maysan, Zi-Kar, Babil, Vasit və Kadiziyanı da əhatə edib.

Qeyd edək ki, nümayişçilər hökumətin istefasını, habelə yaşayış şəraitinin yaxşılaşdırılmasını, səhiyyə, təhsil və əmək bazarındakı problemlərin həllini və korrupsiyaya qarşı mübarizəni tələb edirlər.

Hazırda Səhiyyə Nazirliyinin məlumatına görə, nümayişçilər və polis də daxil olmaqla 165 nəfər ölüb, altı mindən çox insan yaralanıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3130774.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR