Amerikaya köçən gənc müğənni ilk fotosunu paylaşdı -

Türkiyəli gənc müğənni Aleyna Tilki ötən günlərdə təhsilinə Amerikada davam etməyə qərar verərək Türkiyədən ayrılmışdı.

Metbuat.az Türkiyə mediasına istinadla bildirir ki, Kaliforniyada təhsilinə davam edəcək olan müğənni Amerikadan ilk fotosunu yayımlayıb.

"İnstagramda" paylaşım edən Aleyna Tilki fotoya ingilis dilində "Salam Amerika. Sənə böyük bir surprizim var" sözlərini yazıb. Tilkinin izləyicilərindən biri isə fotoya "ümid edirəm surpriz gözəl bir mahnı olar" şərhini bildirib.

Fransada tətil edən və Eyfel qülləsinin altında çəkilmiş fotosunu paylaşan müğənninin dodaqları diqqət çəkmişdi. Tilkinin izləyicilərindən çox sayda "dodaqlarına nə oldu?" sualı gəlmişdi. Müğənninin daha əvvəl dodaq dolğusu etdirdiyi iddia edilmişdi.




https://metbuat.az/news/1269624/dehsetli-qeza-anbaan-kameralara-eks-olundu.html


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR