ABŞ bu ölkədən üzr istədi

ABŞ bu ölkədən üzr istədi
15:16 16 Yanvar 2015
135 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ dövlət katibi Con Kerri Fransaya səfər edib. ANS PRESS-in məlumatına görə, ABŞ bir necə gün öncə Parisdə keçirilən həmrəylik yürüüşündə yüksək səviyyədə iştirak etməməsinin xəta olduğunu etiraf etmişdi.

Kerri səfəri çərçivəsində Fransa prezidenti Fransua Olland və rəsmi şəxslərlə görüşüb. O, ABŞ-ın Fransa ilə həmrəy olduğunu deyib.

Olland “Parisi qucaqlamağa gəldim" deyən Kerrini isti qarşılayıb.

Fransanın xarici işlər naziri Laurent Fabius Kerri ilə görüşdən sonra açıqlama verib. O, Kerrinin Parisdə keçirilən yürüşə qatılmadığı üçün onlardan üzr istədiklərini deyib.

Kerri həmkarı ilə birlikdə "Charlie Hebdo"nun ofisi və 4 nəfərin öldürüldüyü marketin qarşısına əklil qoyub.

Xatırladaq ki, Parisdə keçirilən yürüşdə 40-a yaxın ölkənin lideri qayılıb. Yürüşdə həmçinin onlarla dövlət rəsmisi də iştirak edib. ABŞ isə bu yürüşdə ən aşağı səviyyədə təmsil edilmişdi. Amerikanın bu addımı Fransa ictimaiyyətində birmənalı qarşılanmamışdı.












Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=320028

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR