44 min əvvəl ölən aslan balası belə tapıldı -

Dünyanın ən soyuq şəhəri Yakutistanda aparılan qazıntılarda donmuş torpaq içində 2 bala aslan tapılıb.

Metbuat.az xarici mediaya istinadla bildirir ki, 2018-ci ildə aparılan qazıntılarda ortaya çıxan aslanlar bir-birinə 10 metr məsafədə idilər. Qardaş olduğu düşünülən aslanlardan Sparta adı verilənin 26 min il əvvəl öldüyü müəyyən olunub. Boris adı verilən digər aslan isə 44 min əvvəl ölüb və sadəcə 2-3 həftə yaşayıb. Anası tərəfindən bir mağarada tərk edilən balanın mağara qayasının çökməsi nəticəsində öldüyü düşünülür.

Bu aslan növünün nəsli 13 min əvvəl tükənib. Avropada 600 min ildən daha az bir müddət əvvəl inkişaf edib. Afrika və Asiyada olan modern aslanlardan genetika olaraq fərqlidirlər.

Mütəxəssislər bu növlərin modern aslanlardan 10 faiz daha böyük ola biləcəyini düşünür. Elm adamları bölgədəki ayılardan sonra ən böyük ovçu olan mağara aslanları üzərində test etməyə davam edir. Bu aslanların DNT-sindən və klonlaşdırma texnikalarından istifadə edərək bənzər canlıları həyata döndürməyi düşünürlər.

44 bin yıl önce ölmüştü! Bu halde bulundu

44 bin yıl önce ölmüştü! Bu halde bulundu

44 bin yıl önce ölmüştü! Bu halde bulundu

44 bin yıl önce ölmüştü! Bu halde bulundu

https://metbuat.az/news/1269901/meshur-sempanzenin-resmleri-herraca-cixarilacaq.html


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR