Tanınmış mütəxəssis İtaliya komandasının baş məşqçisi olacaq

Tanınmış mütəxəssis İtaliya komandasının baş məşqçisi olacaq
15:42 11 Oktyabr 2019
90 Digər
Ölkə mətbuatı
A- A+

İtaliya A Seriyasında çıxış edən “Sampdoriya”nın yeni baş məşqçisi müəyyənləşib.
“Report” xəbər verir ki, Genuya təmsilçisi Klaudio Ranyeri ilə anlaşıb. 67 yaşlı mütəxəssislə bu gün müqavilə bağlanılacağı gözlənilir. O, bu postda uğursuz nəticələrə görə istefaya göndərilən Eusebio Di Françeskonu əvəzləyib.
Ranyeri bu ilin martında “Roma”nın baş məşqçisi postunu tərk edib.
Qeyd edək ki, “Sampdoriya” A Seriyasından 7 turdan sonra 3 xalla sonuncu yerdə qərarlaşıb.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/taninmis-mutexessis-i-taliya-komandasinin-bas-mesqcisi-olacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR