Bel yırtığı haqqında doğru bilinən yanlışlar - Fizioterapevtdən AÇIQLAMA

Bel yırtığı haqqında doğru bilinən yanlışlar - Fizioterapevtdən AÇIQLAMA
20:42 12 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

Hər gün minlərlə xəstə bel yırtığı xəbərçisi ola biləcək bel və ya ayaq ağrıları şikayətləriylə həkimlərə müraciət etməkdədir. Dünyada olduğu kimi Azərbaycanda da bu cür şikayətlər insanların ailə və ictimai həyatlarına təsir edir, xəstəni bəzən həftələrlə yatağa bağlaya bilir.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, fizioterapiya və reabilitasiya üzrə mütəxəssis Pərvin Əkbərov açıqlayıb.

Həkim əhalinin bel yırtığı haqda doğru bildiyi yanlışlardan da bəhs edib:

Yetkin insanların 80%-i həyatlarında ən az bir dəfə bel ağrısından şikayətlənir. Bel yırtığı adətən 30-60 yaş arası insanlarda sıx görülməsinə baxmayaraq hər yaşda da ortaya çıxa bilər.

Bel yırtığı zamanı müşahidə olunan şikayətlər:

- tək və ya hər iki ayağa vuran ağrılar

- ayaqlarda keylik

- hərəkət məhdudiyyəti

- yerimə və oturmada çətinlik bel yırtığının əlamətləridir.

Bel yırtığı irəliləyərsə iqtidarsızlıq, tez yorulma, sidik saxlaya bilməmək, yeriyə bilməmək kimi şikayətlər də əlavə olunur.

İndiki dövrün modern diaqnostika üsullarından olan MRT ilə bel yırtığının diaqnostikası asanlıqla qoyulur və dərəcəsi təyin edilir. Ancaq bel yırtığı diaqnostikasında qızıl standart kliniki müayinə və həkimin müşahidə etmək təcrübəsidir!

Fəqərələr arasındakı disklərin çölə doğru daşması və bu bölgədə olan sinirlərin və onurğa beyninin sıxışması ilə müşayiət olunan bel yırtığı müalicələrində, doğru xəstələrə, doğru diaqnoz və düzgün müalicə tətbiq olunduğunda müvəffəqiyyətli nəticələr əldə edilə bilməkdədir.

Lakin bel yırtığı zamanı xalq arasında sıx qarşılaşılan qulaqdan qulağa dolma məlumatlarla yanlış yönləndirmələr ola bilər. Həkimlə məsləhətləşmədən əldə edilən yanlış məlumat bədənə daimi ziyan gətirə bilər.

Bel yırtığı haqqında yanlış bilinənlər:

1. Fəqərələrarası disk yırtığı "lazerlə" əməliyyat olunurmu?

Xeyr. Fəqərə arası disk yırtığının cərrahiyyəsində müasir metodlardan əsas olan  mikrodiskektomiya və endoskopik diskektomiyadir. Lazerlə disk yırtığının cərrahiyyəsi aparılmır, nə Azərbaycanda, nə də digər ölkələrdə icra olunur. Bəzi "doktor"lar dəriyə qoyulan kosmetik tikişi xəstəyə "lazer" kimi təqdim edirlər.

2. Disk yırtığı əməliyyatı 15 dəqiqəlik əməliyyatdırmı?

Xeyr. Bu deyim adətən xəstələrimizin bel yırtığının cərrahiyyəsində istifadə edirlər.

Qeyd edim ki, disk yırtığının cərrahiyyəsində 10-15 dəqiqə əməliyyatın tez və ya gec qurtarması əhəmiyyətli deyil. Önəmli olan disk kütləsinin tam təmizlənməsi və sinir kökcüyün tam sərbəstləşdirilməsidir. Ortalama bel nahiyəsində olan disk yırtığının cərrahiyyəsindəki vaxt 35 dəqiqədən 1 saat 10 dəqiqə arası olur. Bu vaxt çox ola bilir. Ancaq disk yırtığının 15 dəqiqəyə xaric edilməsi mümkün deyil.

3. Cərrahiyyə bel yırtığı və ya onurğa kirəcləşməsində son çarədir.

Xeyr. Bilinənin əksinə, bəzi hallarda cərrahiyyə ilk seçim ola bilər. Xüsusilə uzun müddət davam edən şiddətli ağrılardan, ayaqlarda qüvvət itkisindən və sidik qaçırmaqdan şikayət edilirsə əməliyyata üstünlük verilir.

4. Bel yırtığı və kirəclənmə əməliyyatı çox riskli əməliyyatdır

Xeyr. İndiki dövrdə tətbiq olunan üsullarla risk faizi çox aşağı endirilib. Mikrodiskektomiya və mikrocərrahiyyə üsulları, yəni mikroskop istifadə edərək edilən əməliyyatlarda müvəffəqiyyət şansı 95% civarındadır.

5. Əməliyyatdan sonra xəstəliyin yenidən təkrarlanma faizi yüksəkdir.

Xeyr. Əməliyyatdan sonra istirahət müddətinə əməl etdikdə, kilosu normal olduqda, vaxtaşırı məşqlər etdikdə, düzgün oturub qalxma üsullarına əməl etdiyi təqdirdə xəstələrdə xəstəliyin yenidən təkrarlanma faizi 5%-dən də az olur. Bel yırtığı onurğanın degenerativ bir xəstəliyidir. Bu səbəblə hansı üsulla müalicə olunursa olunsun risk faktorlarını azaldıb həyatını ona görə rejimə salmalıdır.

6. Bel yırtığından sonra xəstə iş həyatına davam edə bilər.

Xeyr. Bel yırtığl əməliyyatından sonra xəstə müalicə müddətində əməl etməsi lazım olan həyat tərzini mənimsədiyi təqdirdə, təqribən 3-4 həftə içində işinin başına qayıda bilər və istədiyi qədər bu aktivliyi davam etdirə bilər.

7. Bel yırtığı əməliyyatı cinsi funksiyaya mənfi təsir göstərir.

Xeyr. Bu əməliyyatların qəti sürətdə cinsi funksiyalara təsiri yoxdur. Ancaq gecikmiş və ayaqlarda iflic inkişaf etmiş xəstələrdə əməliyyatdan əvvəl ola bilən şikayətlər əməliyyatdan sonra tam düzəlməyə bilər.

8. Fiziki müalicə və məşqlər bel yırtığını tamamilə yox edə bilər.

Xeyr. Fiziki müalicə və digər üsullar orijinal halını itirmiş toxumanı əvvəlki vəziyyətinə salmır. Bu tip müalicələrdə məqsəd əzələ və oynaqları qüvvətləndirib vücüd ağırlığını dağıtmaqdır.

9. Bel yırtığını masaj və bel çəkmə ilə yaxşılaşdırmaq mümkündür.

Xeyr. Bu üsullar fiziki müalicə içində tətbiq olunan üsullardır. Ancaq bu xəstəyə görə fərqli tətbiq edilməsi və həkim nəzarəti altında edilməsi lazımdır. Kənarda sənədsiz insanlar tərəfindən edilən bu tip müalicə yüksək risk daşıyır. Yanlış tətbiq olunan bu tip müalicələr əlilliklə də nəticələnə bilər.

10. Onurğa problemi insanın kilolu və ya arıq olması ilə əlaqəlidir.

Xeyr. Onurğa problemlərində kilo vacib rol oynayır. Ancaq əzələ gücü az və arıq olan insanlarda da onurğa problemi ortaya çıxa bilir. Boyun, kürək və bel əzələlərinin zəifliyi zamanı onurğanın sagital balansı pozulduğundan vaxt keçdikcə onurğada yükün qeyri-bərabər paylanması nəticəsində fəqərəarası disklərdə degenerativ dəyişiklər əmələ gəlir ki, bu da boyun və bel ağrıların başlıca səbəblərindəndir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/792118.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR