Milli Gimnastika Arenasında xalça üzərinə xoşbəxtlik hissi ilə çıxıram - gimnast

Milli Gimnastika Arenasında xalça üzərinə xoşbəxtlik hissi ilə çıxıram - gimnast
15:36 13 Oktyabr 2019
96 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Cani Babayeva - Trend:

"Bədii gimnastika ilə məşğul olmaqdan zövq alıram".

Bunu Trend-ə Qusardan olan bədii gimnastika üzrə 6-cı bölgələrarası kubokun iştirakçısı Sevda Əhmədova deyib.

S.Əhmədova deyib ki, o, məşq etməyi, yeni elementlər öyrənməyi sevir:

"Bəzən çətin məşqlər olmasına baxmayaraq, idmandan ayrılmaq fikrim heç olmayıb".

Gənc idmançı, yarışın hər bir iştirakçısı üçün tamaşaçıların dəstəyinin çox vacib olduğunu qeyd edib:

"Zaldakı tamaşaçıların dəstəyi çıxışa hazırlaşmaqda kömək edir. Milli Gimnastika Arenasında hər zaman xoş qarşılayırlar. Xalça üzərinə xoşbəxtlik hissi ilə çıxıram".

Qeyd edək ki, oktyabrın 10-da bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı birinciliyi, 6-cı bölgələrarası kubok və aerobika gimnastikası üzrə 5-ci ölkə birinciliyi və paytaxt çempionatına start verilib.

Dördgünlük yarışda gimnastlar "gənclər", "yeniyetmələr", "uşaqlar" və "balacalar" yaş qruplarında medallar uğrunda mübarizə aparacaqlar.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/sports/3132460.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR