20 Yanvar şəhidlərinin şücaəti gənclərə əsl vətənpərvərlik nümunəsidir

20 Yanvar şəhidlərinin şücaəti gənclərə əsl vətənpərvərlik nümunəsidir
15:33 16 Yanvar 2015
125 Ölkə
Ölkə mətbuatı
A- A+


Qax, 16 yanvar, Mustafa Dadaşov, AzərTAc
Bəşər tarixində insanlığa qarşı törədilən ən ağır cinayətlərdən olan 20 Yanvar faciəsi qurbanlarının xatirəsi Qax məktəbliləri tərəfindən də böyük ehtiramla anılır.
AzərTAc xəbər verir ki, faciənin iyirmi beşinci ildönümü ilə əlaqədar tədbirlər planına uyğun olaraq yanvarın 16-da rayonun bütün ümumtəhsil məktəblərində Qanlı Yanvara həsr olunmuş ilk dərslər keçirilib.
Məktəblərin foyelərində, siniflərdə təşkil olunan sərgilərdə nümayiş etdirilən fotolarda, məktəblilərin çəkdikləri rəsmlərdə faciənin dəhşətli anları bir daha göz önünə gəlir, bu qətliamı törədənlərə sonsuz nifrət hisləri özünü büruzə verir.
Dərslərdə 20 Yanvar hadisələrinin xalqımızın azadlıq mübarizəsi tarixində şanlı səhifə olduğu vurğulanıb. Şagirdlərin diqqətinə çatdırılıb ki, Vətənimizin azadlığı uğrunda canlarını qurban verən 20 Yanvar şəhidləri ölümləri ilə ölməzliyə qovuşaraq tariximizin şanlı səhifəsini yazıblar. Həmin gecə canlarından keçən həmvətənlərimizin qəhrəmanlığı gənclərə əsl vətənpərvərlik nümunəsidir.
Bildirilib ki, Yanvar faciəsi xalqımızın qan yaddaşından heç vaxt silinməyəcək. Vətənimizin müstəqilliyi və azadlığı uğrunda şəhid olanların əziz xatirəsi qəlblərdə əbədi yaşayacaq.
Açıq dərslərdə məktəblilərin Qanlı Yanvara həsr etdikləri ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/20_Yanvar_sehidlerinin_sucaeti_genclere_esl_vetenperverlik_numunesidir-825295

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR