Ərəb liderləri Kais Səidi Tunisdəki seçki qələbəsi münasibətilə təbrik edirlər

Ərəb liderləri Kais Səidi Tunisdəki seçki qələbəsi münasibətilə təbrik edirlər
03:50 15 Oktyabr 2019
138 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı, Trend:

Ərəb liderləri Kais Səidi Tunisdəki prezident seçkilərində qalib gəlməsi münasibətilə təbrik edirlər.
Tunis prezidentini ən birinci təbrik eləyənlərdən Misirin başçısı Abdel Fəttah əl-Sisi təbrik edib.

Trend-in məlumatına görə, Abdel Fəttah əl-Sisi feysbuk səhifəsində həm seçilmiş prezidentə, həm də Tunis xalqına uğurlar arzulayıb. Tunisin yeni lideri həmdə Səudiyyə Ərəbistanı kralı Salman bin Abdel Aziz Al-Saud tərəfindən təbriklər qəbul edib .

Qeyd edək ki, dünən prezident seçkilərinin ikinci turu Tunisdə keçirilib. Konstitusiya hüququ professoru Kais Said, prezident seçkilərində böyük bir qələbə qazandı və görkəmli rəqibi media maqnatı və "Kalb Tunis" (Tunisin Ürəyi) partiyasının lideri Nabil əl-Karuidən çox böyük fərglə qabağa keçmişdir. Bazar ertəsi Tunisin müstəqil yüksək seçki komissiyası prezident seçkilərinin ikinci turunda müstəqil namizəd Kais Səidin qələbəsini təsdiqləyib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3133214.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR