"Yatmış gözəl" nağılı gerçək oldu -

20 yaşlı Alanna Vong adlı gənc qız bitmək bilməyən yuxu xəstəliyindən əziyyət çəkir.

Metbuat.az xarici mediaya istinadla bildirir ki, "Yatmış gözəl" sindromuna yaxalanan gənc qız xəstəliyini tətildə olarkən öyrənib. Qohumları ilə birlikdə həftə sonu gəzintidə olan Vong istirahət etmək üçün yatağına uzanıb və iki gün boyunca yatıb.

Qohumları gənc qızın çox yorğun olduğunu və bu səbəblə iki gün boyunca yatdığını düşünüblər.

Amma Vongun belə yatma vərdişi çoxalmağa başlayıb. Bəzən ayda bir, bəzən isə 3 ayda bir günlərlə yatırdı. Vonq ən qorxunc yuxu dövrünü iyun ayında yaşayıb. 29 iyun 2009-cu ildə yatan qız bu yuxusundan 11 fevral 2010-cu il tarixdə oyanıb. Bu xəstəliyin diaqnozu gənc qıza 18 yaşında olarkən qoyulub.

Alanna Vonq hazırda özü kimi yuxu xəstəliyi çəkən insanlara dəstək olmağa çalışır.

'Uyuyan Güzel' masalı gerçek oldu! 20 yaşındaki genç kız 8 ay boyunca aralıksız uyudu

'Uyuyan Güzel' masalı gerçek oldu! 20 yaşındaki genç kız 8 ay boyunca aralıksız uyudu

'Uyuyan Güzel' masalı gerçek oldu! 20 yaşındaki genç kız 8 ay boyunca aralıksız uyudu

https://metbuat.az/news/1272064/bu-dili-ondan-basqa-yaza-bilen-yoxdu.html


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR