Bu dili ondan başqa yaza bilən yoxdu -

Vanın Gülpınar bölgəsində yaşayan Mehmet Kuşman adlı adam 40 ildir ki, Sarduruhinli qalasında gözətçilik edir.

Metbuat.az xarici mediaya istinadla bildirir ki, 68 yaşlı Mehmet Kuşman dünyada Urartu mismar yazısını oxuyan 38 insandan biridir. Bu dili ondan başqa yaza bilən isə yoxdur. İbtidai məktəb məzunu olan Kuşman urartu dilini uzun illər gözətçilik etdiyi Çavuştepe qalasında qalasında öyrənib. İnandırıcı olmasa da, Kuşman tarixə qarışmış bir mədəniyyətin dilini daş yığınlarının arasında tamamilə tək başına öyrənib.

Uzun qış gecələrini kitab oxuyaraq keçirən yaşlı adam bir gün qalaya gələn qazıntı işçilərindən bu dili öyrənmək üçün kömək istəyib. İşçilər əvvəlcə onu ciddi qəbul etməsə də, Kuşmanın nə qədər istəkli olduğunu gördükdə ona bir neçə kitab veriblər.

Bu dilin mütəxəssisinə çevrilən adamın əl əməyi ilə yazdığı daşlar Vana gələn bir çox yerli və xarici ziyarətçilərə hədiyyə olaraq verilir. Kuşman bu dilin özü ilə birlikdə tarixə qarışmasını istəmir. Yaşına baxmayaraq hələ Çavuştepedəki gözətçilik vəzifəsini davam etdirən Kuşmanın yeganə istəyi bu dili gələcək nəsillərə ötürə bilməkdir.

Kim der ilkokul mezunu diye! Bu dili konuşup yazabilen dünyadaki tek insan


Kim der ilkokul mezunu diye! Bu dili konuşup yazabilen dünyadaki tek insan

Kim der ilkokul mezunu diye! Bu dili konuşup yazabilen dünyadaki tek insan

https://metbuat.az/news/1271873/qeyri-adi-tetbiq-oldukden-sonra-sevdikleri-ile-danisa-bilece.html


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR