​“Damlaya hörmət etmirəm”

ARB TV-nin efirində yayımlanan “Səhər-səhər” verilişinin növbəti qonağı müğənni İradə Mehri olub.

Metbuat.az xəbər verir ki, Verilişin aparıcısı Rövşanə Ağasəfqızının Damla ilə bağlı suallarını cavablandıran müğənni bildirib ki, o, Damlaya onun mahnısını icazəsiz ifa etdiyi üçün hörmət etmir:

“Mənim mahnımı götürənlər acizdirlər, mən onlara nə deyə bilərəm ki? Mən sevənlərimə və mənə hörmət edən insanlara zamanında öz sözümü demişəm, onları məhkəməyə vermək istəmirəm. Damlaya da hörmət etmirəm. Damla mənim heç vaxt rəfiqəm olmayıb. Mən bir şeyə peşmanam ki, ehtiyacı olan insanlara əl uzatmışam. Daha bu haqda danışmaq istəmirəm”.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR