“Youtube” azərbaycanlı müğənninin klipinə “18+” yaş həddi təyin etdi -

“Narmeen” səhnə adı altında çıxış edən gənc müğənni Nərmin Behbudovanın yeni klipi qalmaqala səbəb olub.

Metbuat.az xəbər verir ki, “YouTube” videohostinqi Nərminin açıq-saçıq ekran işinə senzura tətbiq edib.

İfaçı məsələyə belə aydınlıq gətirib: “Sirr” klipimə yaş həddi qoyan “YouTube”un nümayəndələri ilə 10 gün ərzində yazışdım. Klipdə açıq-saçıq səhnələr olduğu üçün ona “18+” senzurası tətbiq edilib. Müğənni bildirib ki, “YouTube” nümayəndələrinə müraciətlərində onlardan klipi bir neçə dəfə nəzərdən keçirməyi və digər videolarla müqayisə etməyi xahiş etsə də, onlar fikirlərindən dönməyiblər.

(oxu.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR